Yaxdılar məni

Yazar: araz danyeli @ Dekabr 9, 2008 12:36
Oy annəm!

 

      Nazlı annəm

 

                       bilirsənmi?

 

    Minlər dəfə yaxdılar məni

 

                                          minlər dəfə,

 

    Təbrizdə

 

             evi yıxılan ulusunun

 

                                          yiyəsiz kitabları kimi[1].


 

    Sındırdılar,

 

              param-parça etdilər ürəyimi,

 

                                      “Ərk”inin duvarları kimi.

 

    Soldurdular gəncliyimi

 

                “Qaradağ”ının yay görməyən

 

                                                      qarçiçəyi kimi.

 

    Və ürəyimdə

 

         çağlayan arzularımı

 

             “Savalan”ının buz gölündə dondurdular.

 

    Ağzımı qapadılar

 

                      sözü ağzında susan

 

                                              dəmir Aşığın kimi[2].

 

    Qurbəti qıydılar mənə annəm

 

      türkülərimi həsrət çağrısı

 

        duyğularımı yanqıya çevirdilər

 

         “Eynalı”mın[3] qırmızı torpağının yanqısı kimi.

 

    Və ürəyimdə bir küsgünlük            

 

                                       yağıdan

 

                                           yaddan

 

                                             hətta özümüzdən

 

                                                    və özgəliyimizdən.

 

    Bilirmisen annəm?

 

    Yüzlər dəfə satdılar məni

 

                              yüzlər dəfə

 

                               əti-qanı özümüzdən

 

                                            rus başlılarım

 

                                               fars başlılarım

 

                                                    daş başlılarım belə.

 

 

 

[1] - Azər ayının 26-da Azərbaycanda şah rejimi tərəfindən yandırılan kitablara işarədir.

 

[2] - Təbriz muzeyində dəmir aşıq heykəlinə işarədir.

 

[3] - Təbrizin qırmızı boyalı dağlarının adı

 

http://www.imler.biz/Hesen%20Seferi-seirler-%20Yaxdilar%20meni.htm

Qarabaxtlı torpaqlar

Yazar: araz danyeli @ Dekabr 9, 2008 12:12

Bu yanda Qarabağ,
O yanda Qaradağ.
“Qara” ilə başlayır
Bu yerlərin adları.

“Qara” böyük deməkdir,
Böyük bağlı - bağatlı,
Qara baxtlı Qarabağ.
Qaradağ böyük dağdır.



“Qara” böyük deməkdir
Böyük türkün dilində.
Qara günlər çox görüb,
Görənək gözlərində.

Araz özü ayırır
Qarabağ, Qaradağı.
Taleləri, adları
Qarabaxtlı torpaqlar.

Ağrıdağ Arsax olub
Daşnakların dilində.
Dilimiz axsaq olub
Dinsizlərin içində.

Arsax Ərsax sözündən,
“Ər kişi”dir mənası.
Haylar havalanıbmı,
Kiminlədir davası?

Qara qanlar içilmiş,
Qara donlar biçilmiş
Torpaqların boyuna.
Kim qarğamış onları?

Arsız – pirsiz arsaxlar,
Sayıqlayan sarsaxlar
Qoy bilsin bundan sonra
Bircə tük qoparanmaz
Qara - böyük türkümdən!

Müəllif: Hüsen Faxralı

Lütfən İmzalayın

Yazar: araz danyeli @ Oktyabr 2, 2008 22:46

İllərdir Azərbaycan artıq zindanların küncündə də nəfəs çəkir. İllərdir müxtəlif sahələrdə dil deyib, vətən deyib, özgürlük, insan haqları deyib danışan insanlarımız zindanları doldurur. Zindanların duvarları onları görəndə utansa da, onları oralara götürən əllər, danışan dodaqlar utanmırlar. Gənclərimizin kimisi "Anamızın südü qədər halaldır bu dil bizə" deyib şehid düşür.


 İndi isə bizim bəlkədə görə biləcəyimiz ən kiçik iş olacaq dünyanın hər hansı bir orqanının verdiyi bəyaniyyələrə imza atmaq. Arzumuzdur yurdumuzun siyasi, kültürəl və .... çalışanları tezliklə evlərinə, ocaqlarına geri dönsünlər
 

Aşağıdaki bəyaniyə İngiltərədə çixan "Exile İnk" dərgisinin Azərbaycanlı yazıçı, şair və jurnalistlərin həbsinə etiraz edib, azadlıqlarını istəyən bəyaniyəsidir. Bu bəyaniyə bir ədəbiyat dərgisi tərəfindən yayıldığı üçün ancaq bir sıra insanların adı orda keçmişdir. lütfən imza atın və unutmayın ki hər imza onları qoruya biləcək bir gücdür:

http://www.gopetition.co.uk/petitions/free-imprisoned-iranian-azerbaijani-writers-and-poets/sign.html

آذربایجان اؤیرنجی حرکاتی: ایللردیر آذربایجان آرتیق زندانلارین کونجونده ده نفس چکیر. ایللردیر مختلف ساحه لرده دیل دئییب، وطن دئییب، اؤزگورلوک، انسان حاقلاری دئییب دانیشان انسانلاریمیز زندانلاری دولدورور. زندانلارین دووارلاری اونلاری گؤرنده اوتانسادا اونلاری اورالارا گؤتورن اللر، دانیشان دوداقلار اوتانمیرلار. گنج لریمیزین کیمیسی "آنامیزین سودو قدر حلال دیر بو دیل بیزه" دئییب شهید دوشور. 
 

ایندی ایسه بیزیم بلکه ده گؤره بیله جه ییمیز ان کیچیک ایش اولاجاق دونیانین هر هانسی بیر اورقانینین وئردییی بیانیه لره امضا آتماق. آرزوموزدور یوردوموزون سیاسی، کولتورل و... چالیشانلارینی تئزلیکله ائولرینه، اوجاقلارینا دؤننده گؤرک.

آشاغیداکی بیانیه انگلیستان دا چیخان Exile Ink درگیسی نین آذربایجانلی یازیچی، شاعر و ژورنالیستلرین حبس لرینه اعتراض ائدیب، آزادلیقلارینی ایسته ین بیانیه سیدیر. بو بیانیه بیر ادبیات درگیسی نین طرفیندن چیخدیغی اوچون آنجاق بیر سیرا انسانلارین آدی گتیریلیب. لطفا امضا آتین و اونوتمایین کی هر امضا اونلاری قورویا بیله جک بیر ایشیق دیر. 
 

http://www.gopetition.co.uk/petitions/free-imprisoned-iranian-azerbaijani-writers-and-poets/sign.html

"آذربایجانلی یازیچیلارین حاقلارینی قوروماق، اونلارین سسینی باشقا یازیچیلارا چاتدیرماق اوچون گونلردیر اوغراشان اگزایل اینک" درگیسی نین ائدیتورلاری خانیم جئنیفر لانگر و زیبا کرباسی یه اؤزل تشککورلرله.


 

With special thanks to editor of Exile Ink Jennifer Langer and Poet Ziba Karbassi.

Tələbələri Təbriz həbsxanasına gətiriblər

Yazar: araz danyeli @ Oktyabr 2, 2008 22:39

 Həbslərə etiraz əlaməti olaraq sentyabrın 27-də Təbrizdə aksiya keçirilib. Amma, bundan sonra bir neçə tələbə fəal da saxlanılıb


İranda həbs olunmuş 8 azərbaycanlı tələbə fəal ETTALAT-ın Təbrizdəki həbsxanasına göndərilib, təkadamlıq kameraya salınıblar. Ailələri ilə görüşlərində bildiriblər onlar həbsxanada işgəncəyə məruz qalırlar.
 
Həbslərə etiraz əlaməti olaraq sentyabrın 27-də Təbrizdə aksiya keçirilib. Amma, bundan sonra bir neçə tələbə fəal da saxlanılıb.


 

2008-ci iyul ayından başlayaraq İranda azərbaycanlı tələbə fəalların silsilə həbsləri həyata keçirilib. Azərbaycanlı Siyasi Məhbusların Müdafiəsi Komitəsinin məlumatına görə, onlar İran konstitusiyasına müvafiq olaraq ana dilində təhsil hüququnun tələb edir, azərbaycanlıların mədəniyyət və tarixi günlərinin keçirilməsini istəyirlər.


 

Həbs olunanlardan Səyyad Radmehr Təbriz universitetinin mexanika mühəndisliyi fakültəsinin tələbəsidir, onun dostları Feraz Zahtab və Aydın Hajey hüquq fakültəsində oxuyur və İslam Tələbə Assosiasiyasının üzvləridirlər, onların hamısı 2008-ci ilin iyulun 17-də həbs olunub. Bununla yanaşı təhlükəsizlik qüvvələri onların və yaxınlarının evlərində axtarışlar həyata keçiriblər.


 

Digər tələbə Dariuş Hatəmi isə iyulun 17-də həbs edilib. Avqustun 13-də saxlanılan tələbə fəal Əmir Mərdani tutulduqdan sonra ailəsi ilə telefon danışığında deyib ki, o, təhlükəsizlik orqanları ilə əməkdaşlıq təklifini rədd etdiyi üçün dözülməz işgəncələrə məruz qalıb.


 

Beynəlxalq hüquq müdafiə təşkilatları dəfələrlə İrandakı həbsləri pisləyən bəyanatlar verib və hökumətdən fəalları azad etməyə çağırıb.

Qaynar.info

KİMLİYİMİZİ DANAN SEVGİ MƏKTUBU

Yazar: araz danyeli @ Sentyabr 26, 2008 10:57

Yarpaq qəzetinin baş yazarı Eyvaz TAHAnın İranda yeni təsil ilinin başlanması
münasibəti ilə şagirdlər və öyrəncilərə açıq məktubu


İranda 14 milyon şagird və 3 milyona yaxın öyrənci təsil ocaqlarına getdilər. Məktəblərin zənginin çalınması ilə siniflərə yollanmış bu uşaqların 60 faizinin ana dili farsca deyil. Onların əksəriyyəti azərbaycan türkcəsində, qalanı isə türkmən, kürd, ərəb və başqa dillərdə danışsalar da, məktəb və universitetlərdə farsca danışıb yazmaq məcburiyyətindədirlər. 
Prezident Əhmədi Nəjad bu məcburiyyəti unudaraq məhhəbət anlamını daşıyan "Mehr" ayında məktəbə geden uşaqlara sevgidən danışdı: "Əminəm ki, bu ildə bizim gənc nəslimiz ədalət, sevgi bəsləmək və ölkənin hər tərəfli inkişafına dair sözləri öyrənəcək."  
Məncə bu sözlər "Ədalət"-i hayqıran populist siasətçilərin yalnız ədalətsizlik doğuran iqtisadi götürüşünün başqa bir göstəricisidir. Yoxsa kim bilmir ki, dili danılmış hər bir varlıq "kimlik" gərginliyinə sürüklənərək inkişaf edə bilməz. Ədalətdən, sevgidən və inkişafdan bu sayaq danışmaq uşaqların gözünə baxaraq onların həm Quaran-i kərimdə, həm anayasada, həm də uluslararası insan haqları bəyannamələrində açıq-aşkar vurğulanmış dil və düşüncə azadlığını ayaq altına alıb tapdalamaqdan başqa bir şey deyildir. 
Söhbət "bəşəriyyətin ən gözəl, mükəmməl və ən yaxşı talei"-indən gedirsə, güc quruluşları və güc kürsülərinə dirsəklənmiş adamların sevgi məktubları təkcə susqun kütləyə ərməğan edilməməlidir, haqqını istəyən vətəndaşlara da göndərilməlidir. Yoxsa ağzını açıb ən vacib, ilkin və danılmaz haqqını, yəni anası danışan dildə danışmaq diləyini dilə gətirənlərin yeri həbsxanaların qaranlıq kamerası olursa, o məhəbbət məktubları əsirlik bəlgəsinə çevriləcək.
Sevimli öyrəncilər! öz ana dilinizi mümkün yollarla öyrənməklə gerçək kimliyinizi qoruyun.

Sevgilər və sayqılarla
Eyvaz TAHA
Təbriz 22.9.2008
 

Ana dilimiz


sabahdan güney azərbaycan üşaqları öz içində səsiz səsiz yanacaqlar!

Yazar: araz danyeli @ Sentyabr 22, 2008 13:02

sabah iranda məktəblər açilacaq, və türk üşaqlarida o birisi iranin üşaqlari tək məktəbə gedəcəklər. sabahdan üşaqlar dərs oxumaqa başliyacaqlar. iranin bütün dərs kitablari fars dilində yaziliblar və hətta bir məktəb azərbaycanin ana dilində yoxdu!

azərbaycan üşaqlari öz tarixi, şairleri, alimləri,... ilə tanış olmur. azərbaycan üşaqlari özgə dili öyrənib və öz dilinən yabançı(qərib) olullar.

 iranda bütün kitablar,televiziyanin proqramlari,qəzetlər,jurnallar, dükanlarin vitrini, küçələrin adlari,... hamısı fars dilindədi. iranda  neçə kitab və gəzet türk dilindədə yazilsada, bunlar ancaq qədimi şeirlərdi. məhəlli radio və  televiziyada azərbaycanda(təbriz, ardəbil, zəngan və urumu) olsada, programlarinin çoxi farsca və hətta o zama ki türkücə danışıllar farsi söz(kəlmə) çoxlı işlədillər!.

neçə illərdi ki, azərbaycanilar istəyillər universitetdə türkücə dərs qoysunlar, amma iran dövləti həmişə müxalifət edib!. iranda türkücə  yazilan kitablar ancaq arabi əlifbasila yazilir.

iranda hər kim öz xalqının dilinən və mədəniyyətinən danişsa, o na ayrıçilik və muxtariyət istəyən adi qoyub,və onu sürətlə səsin kəsillər.

iran dövləti azərbaycanda və hər yerdə ki türkü adlar vardi, onlari çevirib və farsi edib! baxin:

urmu-- rezaiyeh(رضائیه), urumiyeh(ارومیه)

Qızıl Üzen-- sefid rod(سفید رود)

aci çay-- talxe rod(تلخه رود), mehraneh rod(مهرانه رود)

qoşa çay-- miyandoav(میاندواب)

suldoz--naghadeh(نقده)

davaçi -- şotorban(شتربان)

....

türk üşaqı fars mədrəsəsində(1)

mədrəsədə müəllim     yenə döydüdə əlimdən     bacarmadım farsini   irad tutu dilimdən 


dedim: ağa müəllim    vurma, göynədi əlim     nədir axı günahım    türküdür mənim dilim

 yapışdı qulaqımdan dedi: burax türkünü      o qaldı evinizdə     unut getsin kökünü

öyrənməsən aab-baba(2)   açacaqsan əlini   kötək yiyəndən sonra   unudarsan dilini

sənin haran türküdür? azərisən, azəri    kim öyrədibdir sənə    belə yanlış sözləri?

axdı gözümün yaşı     titrədi dil-dodağım belə yalan sözlərə    inanmadı qulağım  

anam məni üydürmaz    atam məni aldatmaz    bu sözlərin heçbiri   mənim ağılıma batmaz

niyə mənim adımı   soruşmayir özümdən  niyə sözün düzünü oxumayir gözümdən

hər kəs yalan danışsa    allahın düşmənidir   mən ki yalan demirəm  bu onun yalanıdır

laylay deyibdir anam mənə beşikdə türkü    danışmışıq hamımız   evdə eşikdə türkü 

nədən gərək yazmıyaq    dilimizi kitaba   mədrəsədə nə üçün  gəlməyək biz hesaba?  

yəqin kötək yeməzdim   oxusaydım dilimi    göynərtı  sıxmazdım    qoltuğuma əlimi

göy böyüyüm bir   özüm olacağım müəllim   onda çox iş görəcək bu gün göynəyən əlim

kılasımdan(3) gələcək elimizim öz səsi     olacaqdır o zaman türkündə mədrəsəsi 

1-məktəbində

2- farsca, məna: su - ata

3- sinif   

gülməli (5)

Yazar: araz danyeli @ Sentyabr 19, 2008 13:01

Ağlamafars bir nəfərdən saat soruşar, o da diyər saat 5 di, fars  acıqlı olub diyər: sübhdən hər kimnən saat soruşuram hərə bir söz deyir!!

فارسه از یه نفر ساعت میپرسه اونم می گه ساعت ۵
فارسه می گه ای بابا از صبح تا حالا از هر کی می پرسم یه چیز میگه !

Göz vurfars bir nəfərdən qibləni soruşar, o da barmaqınan bir tərəfi görsədər, fars diyər: gərək çöx gedəm!!?

فارسه از يكي ميپرسه قبله كدوم طرفه؟! يارو نشونش ميده، فارسه ميگه:بايد خيلي برم؟!


Hirslifars oğruni qovalıyar, oğrudan qabaqa düşər

فارس دنبال دزد مي كنه، از دزده جلو ميزنه!

Öpüşeşşəkdən soruşular: sənin niyə gulaqın uzundi? diyər: hər gözəlin bir eyibidə olar!!

به يه خره ميگن چرا گوشات درازه ميگه هر خوشگلي يه نقصي داره.

Təslimfars ölər, əksi(foto) yoxidi qəbirinin üstünə qoyalar, boyununacan dəfn edəllər

فارسه مي ميره، عكسشو نداشتند بذارن رو قبرش، تا گردن دفنش مي‌كنند.

Şənfars gedər hamama və yaninca qələm aparar. soruşallar: qələmi niyə aparirsan? diyər: harami ki yudum, ora əlamət qoyum ki   xatırımnən çixmasin!!!

فارسه ميره حمام با خودش خودكار ميبره ميگن خودكار براي چيه؟ ميگه ميخوام هر جا مو مي شورم علامت بزنم يادم نره

Günahsızfars allahdan küsər, istər namaz qılsın diyər: 4 rikət namaz qılıram heç kimədə rəbti yoxdi!!!

- فارسه با خدا قهر مي کنه. مي خواد نماز بخونه مي گه: 4 رکعت نماز ظهر مي خوانم به هيچ کس هم مربوط نيست!

Hmm…farsdan soruşular: sən farsan? diyər: allaha and olsun yox! istiyisən gəl axtar məni!!!

- به فارسه ميگن شما فارسید؟ ميگه نه به خدا بيا بگرد!

Dil çıxarfars uşaqınan soruşar: neçə yaşın vardi? diyər: 13. fars diyər mən ki sənin yaşında olanda 16-17 yaşım varıdı!!!

- فارسه از بچش مي پرسه چند سالته؟ مي گه 13. غضي مي گه من هم سن و سال تو که بودم 16-17 سالم بود

Sazfars gecə gedər oğruluğa. ev sahibi yuxudan durar və diyər kimdi? fars diyər: heç kim! pişikdi! bə bə bə...!!!

فارسه نصف شب ميره دزدي صاحب خونه پا ميشه ميگه كيه؟ فارسه ميگه هيچكي، گربست بع بع ... !

Pulgirfars istər namaz qılsın diyər: alaham dolellahe rabel alamin

allah çox başivi ağrıtmıyam, valə zaalin !!!

فارسه مي خواسته نماز بخونه مي گه: الحمد للله رب العالمين
خدايا سرتو درد نميارم ولا الضالين!

Ağlamafars bir məscid tikər heç kim orada namaz qılmaz, lövhədə yazar: sübh namazı bir rikətdəstəmazsiz!!

فارسه مسجد مي سازه، هر كاري مي‌كنه مي‌بينه كسي نمياد اونجا نماز بخونه! يه تابلو ميزنه رو سردر مسجد و مي‌نويسه: نماز صبح، يك ركعت، بدون وضو!

 

bu gülməliləri oxuyub və internetdə yayin. lütfən qaynaqın yazin.ŞənTəbəssümDil çıxar

və hər yerdə səhv sözlər görsəz bizə bildirin. 

 

 

 

gülməli (4)

Yazar: araz danyeli @ Sentyabr 17, 2008 22:09
 

Ağlamafarsdan soruşurlar:

- niyə arvad almısan??

- kim arvadın mənə verər??

به فارسه ميگن چرا زن نمي گيري؟ ميگه: اي بابا، كي مياد زنش رو بده به ما؟!

Sazbir fars istər dovşan tutsun, gedər ağacın arxasına və kök səsi çixardar!!

- فارسه ميره شکار خرگوش از پشت درخت صداي هويج در مياره !


Utancaqnaxoş: təbib! mənim  birbelə qulaqım ağırdı ki özümün öskürmə səsimi eşitmirəm

təbib: olsun!, uca öskür da!

- بيمار گفت: دكتر! اينقدر گوشم سنگين شده كه صداي سرفة خودم رو هم نمي ‏شنوم.
دكتر گفت: خب بلندتر سرفه كن!

Susqunbir fars eşşəkin üstünə minip əks(foto) salar və əksi anasina göndərər. aksin altında yazar: salam nənəm, üstəki mənəm!!

فارسه سوار يه خره عكس ميگيره. عكس رو ميفرسته براي مادرش، زير عكسه مينويسه: سلام بر ننم، بالايي منم!

Bədbinfarsin arvadı hamilə idi. arvadının qarınına baxar və soruşar:

-bu nədi?

 - uşaqdi.

-onu sevirsən??

- bəllidi ki, əvət!

-bəs niyə onu udmusan!??

- فارسه زنش حامله بوده، نگاه ميكنه به شكم زنش، ميگه: خانم جان اين چيه؟ميگه: بچه ست. ميگه: دوستش داري؟ ميگه: آره خوب، معلومه. ميگه: پس چرا قورتش دادي؟!

Günahsızbir fars binanin onuncu mərtəbəsinən düşər. hamı yığışar başına. soruşurlar:

- nə olud??

- vallah! məndə təzə yetişmişəm, bilmirəm !!

- فارسه از ساختمون ده طبقه ميفته پايين، همه جمع مي شن دورش، ازش مي پرسن: آقا چي شده؟ ميگه: والله منم تازه رسيدم!

Öpüşfars getmişdi qaçmaq müsabiqəsinə.yanındakı adamnan soruşar:

- bunlar niyə qaçıllar??

- çünki birinə uduş(mükafat) verəcəklər

- bəs niyə o birilər(digərlər) qaçıllar!??

 فارسه رفته بوده تماشاي مسابقه دوو ميداني، وسط مسابقه از بغليش ميپرسه: ببخشيد، اينا واسه چي دارن ميدون؟! يارو ميگه: براي اينكه به نفر اول جايزه ميدن. فارسه يه خورده فكر ميكنه، ميپرسه: پس بقيشون واسه چي دارن ميدون؟!!

Şənfarsin ağılı çatmaz, gedər özünə nərdivan gətirər!!

فارسه عقلش نمی رسیده، میره نردبان میاره

Pulgirfarsdan soruşular:

- çox çətin iş nədir??

- duzu duzqabına tökmək, çünki dəlikləri çox kiçikdi!!!

 

از فارسه میپرسن بنظر تو سخت ترین کار چیه؟
میگه:
نمک تو نمکدون ریختن, چون سوراخ هاش خیلی ریزه

 

bu gülməliləri oxuyub və internetdə yayin. lütfən qaynaqın yazin.

və hər yerdə səhv sözlər görsəz bizə bildirin.Təbəssüm

gülməli (3)

Yazar: araz danyeli @ Sentyabr 12, 2008 13:22
 

Günahsızfars corab alar, ayaqına böyük ölar, corabın qabagına pambıq qoyar!!

فارسه جوراب می خره براش بزرگ بوده , جلوی جوراب  پنبه میزاره !!!

Şənfars gedər hamama, su istimiş nəlbəki ilə yuyunar!! 

فارسه میره حموم، آب جوش بوده با نعلبکی دوش میگیره!

 

Pulgirfars gecə yuxuda görər makaron yeyir, səhər yuxudan durar görər şalvarinin sürtgəcin (elastik) yeyib!!

فارسه شب خواب میبینه تمام ماکارونی های دنیا رو گذاشتن جلوش.صبح از خواب پا میشه میبینه کش شلوارشو خورده


Təslimfars futbol məşqçisi olar, on ədədi eşikə çıxardar və iki beş göndərər!! 

فارسه مربی فوتبال میشه شماره ۱۰ رو میاره بیرون ...دوتا پنج میفرسته تو زمین !!

Təbəssümfarsdan soruşurlar:

- neçə heyvan adı apar ki uçullar?

- göyərçin, qarğa, eşşək!!

- eşşək ki uçməz

- eşşəkdi, bir vaxt gördün uçdı!!

 

به فارسه میگن: چند تا حیوون نام ببر که پرواز کنه. میگه:‍ کبوتر، کلاغ، خر! بهش میگن: بابا خر که پرواز نمیکنه! میگه: بابا خره دیگه، یهو دیدی پرواز کرد!

Uydaaafarsdan soruşurlar:

- hara gedirsən?

- qayıtmışam gəlirəm!!

به فارسه میگن کجا داری میری میگه دارم بر میگردم.

Dil çıxarqırmızı qələmin rəfiqəsi ölər, bir həftə qara yazar!!

خودکار قرمز دوستش می میره یک هفته سیاه می نویسه!!

Hmm…fars gedər cəhənnəmə görər hamı sevinir! soruşar:

-nə olub??

- faylılar itibdi!!

فارسه میره جهنم میبینه همه دارن دست میزنن می گه چه خبره می گن پرونده ها گم شده

Göz vurbir gün bir fars  televiziyani suyunan isladar və diyər:

- bəyə mən sizə deməmişdim burda futbol oynamıyın??

يه روز فارسه شلنگ رو برمي‌داره و تلويزيون رو آب پاشي ميكنه و ميگه مگه نگفتم اينجا فوتبال بازي نكنيد

Hirslibir nəfər dənizdə boğulurdi, uca səsliyirdi: yardım! mən üzgüçülük bacarmıram!!

bir fars oradan rədd olurdi, dədi: indi mən tennis bacarmıram, gərək qışqıram?!!

يه نفر داشته توي دريا غرق مي شده، بلند بلند داد مي زده: كمک! من شنا بلد نيستم! فارسه  داشته رد مي شده. ميگه: حالا من تنيس بلد نيستم، بايد داد بزنم؟

Sazfarsdan soruşurlar:

- hacc(məkkə) səfəri Nə cür idi??

- çox baş-gözümə daş vurdular, amma axırda onu öpdüm!!!

از فارس می پرسن سفرحج چطوربود؟ میگه خیلی سنگ به سر و صورتم خورد ولی بالاخره بوسیدمش.

Sazfars uşaqın atar göyə,xatırınən çıxar tutsun!!

فارسه بچش رو میندازه بالا یادش میره بگیره

gülməli (2)

Yazar: araz danyeli @ Sentyabr 9, 2008 20:50

Sazbir fars gedər cəhənnəmə. başmaqın atar behiştə və allahdan soruşar:

- gedim başmaqımı gətirim??

فارس ميره جهنم دمپايیشو پرت مي كنه توي بهشت، به خدا ميگه: برم دمپايمو بيارم؟

Ağlamafarsın uşaqı döşər quyuya. fars deyər:

- heç yana getmə gedım yardım gətirim!!

يه روز بچه فارس مي افته توي چاه. فارس بهش مي گه: جايي نرو الان كمك ميارم!


 

Utancaqbir fars gedər məscidə, namazin qılar, çıxar eşigə, görər başmaqı yoxdı.soruşar :

- allah mən nə vaxt getim??  

فارس ميره مسجد، نماز مي خونه، مياد بيرون، مي بينه كفشاش نيست. مي گه: خدايا! من كي رفتم؟

Susqunbir gün bir fars şəkər alar, istər qarışqa yeməsin, üstündə yazar "duz"!!

يه روز يه فارسه شكر مي خره براي اينكه مورچه نخوره روش مي نويسه نمك

Günahsızbir fars bir buz almışdı əlinə və günün altında ona baxib və fikirləşirdi. soruşurlar:

- nə iş  gurursən???

- mən hələ bilməmişəm bu buzun harasinan dəlikdi ki su damır!!!

فارسه يه تيکه يخ گرفته دستش تو آفتاب داشت متفکرانه نگاش ميکرد بهش ميگند چيکار ميکني؟ ميگه:من هنوز نفهميدم اين يخه کجاش سوراخه که ازش آب ميچکه

gülməli

Yazar: araz danyeli @ Sentyabr 5, 2008 21:25
 

Dil çıxarbir fars cəhənnəmdeydi...

bir gün  gedər behiştin  qapısını  döyər və  soruşar:

-buz varınızdı?

- varımız, amma vermərik !!

- olsun! eyibi yox, amma sabah gəlib isti su istəməyəcəksiniz??

فارسه تو جهنم بوده ...
یه روز میره دم در بهشت در میزنه میگه ... ببخشید یخ دارید ؟
میگن داریم ولی نمیدیم ...
میگه باشه اشکال نداره اما فردا نیاید بگید آب جوش بدید ها ... !!!

 

Göz vurbir farsdan soruşurlar saat neçədı?, bacarmaz , söylər: qaç qaç!!  yubanmısan!!

به یک فارسه میگن: ساعت چنده ؟ بلد نبوده بگه , میگه : بدو بدو  دیرت شده !!!

Uydaaabir fars istər milçək tutsun, gedər divarin arxasına və pox səsi çixardar

فارسه میخواسته مگس بگیره میره پشت دیوار صدای گه در میاره

 


 

Günahsızbir gün üç fars gedəllər hamama, ikisi qayidar. ikisindən soruşurlar:

-  o birisi nə oldu?

- o bütün çirkidi!!

یه روز سه تا فارس میرن حموم- دو تا شون بر می گرده. از اون دوتا می پرسن اون یکی چی شد میگن: اون کلا چرک بود.

Öpüşbir fars yetişər onu yeyəllər!!

یه فارسه میرسه میخورنش

Uydaaafarsa xəbər verəllər:

- uşaqın olub!

onda arvadıma xəbər verməyın ona sürpiz eleyim!!

به فارسه خبر ميدن: بابا شدي! ميگه: پس به زنم نگيد ميخوام سورپرايزش كنم

Göz vurfarsdan soruşurlar:

- niyə quşlar qışda quzeydan güneyə uçullar??

- mən yoxlamışam, çünki piyada çox yoldı !!

از یه فارسه مي پرسند چرا پرنده ها زمستان از شمال به جنوب پرواز مي کنن ؟ ميگه : آخه من امتحان كردم..... پياده خيلي راهه

Şənfars istər cövüz sındıra, cövüzü(gozu) goyar ayaqının altina, kərpicinən vurar başına!! 

فارسه می‍خواسته گردو بشکنه، گردو رو میگذاره زیر پاش، با آجر میزنه تو سرش!

Susqunfars gedər göstərilməyə (demonstration- türkcəə?), görər izdihamlıdı geyidər!!

فارسه ميره تظاهرات ميبينه شلوغه بر ميگرده ؟؟!!

View Full Size ImageView Full Size Image

Hədə, həbs,türmə və işkəncə

Yazar: araz danyeli @ Noyabr 13, 2007 14:14

Azərbaycan milli hərəkatçılarına  Makıda rəva görürlər.

  2007.11.08   Milli Şura :3-Nəfər Makı şəhərindən olan Azərbaycan milli hərəkat  fəallarından  çoxlu çətinliklər  ardında  Urmu-nun   Apelesiya  məhkəməsi  tərəfindən   6-ay həbsə məhkum olublar.Cənab Möhsün  Hüseynzadə, Məhəmməd Nəsiri  və Təyyib  İbrahımzadə, Makı şəhərindən olan fəallar ötən ilin sentyabrında və cari ilin may və iyun  etiraz nümayişləri

aksiyalarındada həbsə alınmışlar. Adı çəkilən fəallar indi türmədə saxlanılırlar.   Makı  şəhərinin  təhlükəsizlik orqanı “ettelaat”-in bir həftə hədə türmə və işkəncələrinə dözən Təyyib İbrahımzadə 6-ay həbs cəzasına məhkum olub.Ettelaat  türməsindən azad olandan   sonra   sürəkli  bir  boğaz  ağrısına tutulub.Bu arizə “ettelaat” dustaqxanasına atılananların bir çoxunda müşahidə olunub.  

Azərbaycan milli hərəkatının yorulmaz çalışqanı Möhsün  Hüseynzadə öncələrdə  örnək üçün  ötən  ilin  may  etirazli  nümayişlərində  iştirak  etdiyindən  26-gün həbsdə olumuş və təkrar həmən ilin sentyabrında aksiyalara qatıldığından qazamata alınmışdır. Fəallın

Ötən ilin  mayindaki dosiyasi hələ mükkəmməl araşdırılmayıb .  

Bir həftədən artıq Makı “ettelaatı “və yerli türmədə saxlanılan Məhəmməd Nəsiri 6- ay müdətinə azadlıqdan məhrum olub.Adı çəkilən Azərbaycan milli  hərəkat  fəallı  ettelaat tərəfindən bəzi suçlar örnək  üçün  ehalini qanunlu  olmayan  etiraz  aksiyasinda  iştirak etməyə  qızışdırmaqda    “pantürkism” yazıları  evində  saxlayıb  nəşrini  artırmaqda günahlandırıb və  məhkum edilib.

Azərbaycan qadınlarının faciəli durumu fars hakimiyyəti altında

Yazar: araz danyeli @ Sentyabr 2, 2007 9:28
    Babək Azəri   hüquqşünas     1776 - cı ildə ingilis iqtisad alimi Adam Smid  "Millətlərin sərvəti "adlı kitabını nəşr etdirmişdir. Elə bu kitab səbəb olmuşdur ki,  iqtisad elminin təməli müstəqil bir elm kimi qoyulsun. O zamana qədər  iqtisad, hüquq, siyasət və əxlaq  bir yerdə öyrənilirdi. İqtisad elmi bir müstəqil elm kimi ortaya çıxandan sonra, iqtisadçılar tərəqqi və inkişaf amillərin araşdırıb və çalışırlar gələcək haqqında proqnoz verələr.

    İqtisadçılar tərəqqi və inkişaf prosesində çox əhəmiyyətli rol oynayan  4 amili, yəni, iş, kapital, xammal və yeri əsas sayırdılar. Bu bir bəlli həqiqətdir ki, dörd amilin içində işin, yəni insani qüvvənin əsas əhəmiyyəti var. Çünki əməldə insandır ki, kapital, xammal və yerdən düzgün formada  istifadə edib  və tərəqqiyə səbəb olur. Yenə də bu danılmaz


həqiqətdir ki,  bir cəmiyyətdə insani qüvvədən danışanda  bunu unutmamalıyıq ki, insani qüvvənin yarısın qadınlar təşkil edir. Elə bu səbəb görə demək olar ki, qadınlar kişilərlə çiyinbəçiyin iqtisadi sahədə fəal olmaları bir zəruriət kimi ortaya çıxdı. Və o da öz yerində qadınlarla kişilərin arasında siyasi və ictimai hüquq bərabərliyin tələb edirdi. Əlbəttə, bu mövzunun bir psixoloji tərəfi də var. Qadınlar bizim ana və bacılarımız, ya həyat yoldaşımız və xüsusən uşaqların tərbiyəsində çox önəmli rol oynayırlar.Əgər onlar qadın olduqlarına görə ayrı - seçkiliyə məruz qalarlarsa, bu onlarda ruh düşkünlüyünə və hətta intiqam, nifrət hissinə səbəb ola bilər. Bu da son nəticədə ona gətirib çıxarır  ki, ictimaiyyət öz içindən  böhranla üz - üzə olsun, tərəqqi və inkişafa qarşı bir ciddi maneə yaratsın.  Elə bu səbəblərə görədir ki,  İran, Əfqanıstan, Ərəbistan kimi ölkələrdə qadınlar cinsi zülmə məruz qalırlar və belə olan tərzdə onlar dünyanın geri qalmış ölkələri sayılır. Bu ölkələrdə fanatik dinçi qüvvələr çalışırlar qadınla kişi arasında olan bioloji faktlara istinad edib  və onların cəmiyyətdə ikinci dərəcəli yer tutmalarına bəraət qazandırsınlar.    Təcrübələr  nişan verir ki, texnikanın inkişafı, buxar və digər maşınların ixtirası səbəb oldu ki, fabriklərdə qadınlar kişilər görən işi eyni ilə görsünlər və bu vasitə ilə cinsiyyət amili fabriklərdə heç bir rol oynamayıb. Əgər insan maşını ixtira etməklə qol gücünə yardımçı yaratmışdısa,  son zamanlarda elektroniki beyin, yəni bilgisayar yaratmaqla insanın beyninə yatdımçı oldu.  Elə bununla da, fabriklərdə insanlarla bərabər robortlarda çiyin - çiyinə çalışdılar. İşçi və burjua sinfinin kənarında yeni bir sinif yarandı ki, onları informasiya sahibləri adlandırmaq olar. Bu sinfin iqtisadiyyatda əhəmiyyəti qolunun gücündə, ya sahib olduğu kapitalda deyil,  bəlkə sahib olduğu informasiyadadır. Bir fabriki təsəvvürünüzə gətirin ki, orada bir fərd bilgisayar mütəxəsisi kimi robortların işinə nəzarət edir və s.    Bu gün tərəqqi və inkişafdan danışanda bir yeni amil informasiya adıynan iş, kapital, xammal  və yer amilləri  ilə paralel ortaya çıxmışdı.  Müasir dövrümüzdə tərəqqidən söhbət gedəndə insanları qadın və ya kişi olduğı ilə yox, bəlkə zəruri informasiya sahibi olmağı ilə fərqləndirirlər. Elə bu nöqteyi - nəzərdən yanaşsaq, Azərbaycanın Quzey və həm də Güney hisəsində milli hərakatın tərəqqi və inkişafa meyli olmaq üçün  həmişə feministi mahiyyət daşıyıb.  Misal üçün, Quzey Azərbaycanda  M. Ə. Rəsulzadənin rəhbərliyi ilə 23 ay müstəqillik dövründə ilk olaraq ancaq Azərbaycanda yox, bəlkə Şərq dünyasında ilk dəfə olaraq qadınlara səs vermək haqqı verildi. Qadınların siyasi, ictimai, iqtisadi və mədəni  sahələrdə fəal iştirakına  qanuni və maddi zəmin yarandı. Həmçinin Güney Azərbaycanda    Pişəvərinin rəhbərliyi ilə  bir illik Milli Hökumətimizin dövründə qadınların səs haqqına sahib olması və Milli Hökumətin idarə orqanlarında fəal iştirakına şahidik. Qadın və kişi arasında fərq qoymayan  və ictimaiyyətdə insani qüvvələri meydana çəkən Milli Hökumət bir ilin ərzində elə radikal siyasi və iqtisadi reformalara müvəffəq olmuşdur ki, araşdıranlar heyrətlə qarşılayırlar.    Bu gün bu tarixi hafizə səbəb olub ki, Güney Azərbaycanda qadınlar milli mübarizənin feministi mahiyyətinə inanırlar  və öz qurtuluşların milli hərəkatın qələbəsində görürlər. Çox təssüf bu gün İran adlanan məkanda Güney Azərbaycan qadınları milli zülmdən əlavə, cinsi zülmə, yəni qadın olmalarına görə dəhşətli ayrı - seçkiliyə məruz qalırlar. Əgər istəsək İran çərçivəsində yaşayan qadınların  vəziyyəti ilə tanış olaq, ən yaxşısı odur ki, dövlətin  bu barədə olan qanunlarına müraciət edək. Çünki insan haqları ilə əlaqədar mübarizədə əsl məqsəd bu haqların ölkənin qanunlarında dərc olunması və onların qanunu haqq kimi icra olunmasıdır. Bu günkü İranın  mədəni qanunun 1210 - cu maddəsinin 1 - ci əlavəsi və İslam cəza qanunlarının 49 - cu  maddəsinin 1 - ci əlavəsinin əsasında qızlar 9 yaşında və oğlanlar 15 yaşında elədikləri işin məsuliyyətinə cavabdehdilər və əgər cinayətlə ittihamlanarlarsa, onları da cəzalandırmaq olar. Elə bu cəza qanunun əsasında indiki İranda 18 yaşından az olan uşaqları həbs, işgəncə və hətta edam edirlər.  Amnesty international, yəni beynəlxalq əf orqanının verdiyi məlumata görə İranda 2004 - cü ildə 3 uşaq, 2005 - ci ildə 8 uşaq və 2006 - cı ildə 4 uşaq edamla cəzalanıblar. 2004 - cü ildə edam olanların birisi də Atifə Sehalə 16 yaşlı qız uşağı olmuşdur ki, zinaya görə Neka şəhərinin mərkəzində dara çəkilmişdi və dünyada çoxlu etiraza və mübahisəyə səbəb olmuşdu.

    Dünyanın tərəqqi və inkişaf tapmış ölkələrində cəzalandırmağa yaş şərti  cinsiyyətinə baxmayaraq, 18 yaşından olmuşdur. Amma İranda oğlanlara 15 yaşından  və qızları cinsiyyətinə görə ancaq 9 yaşından cəzalandırmaq  mümkündür. Bu geri qalmış cəza qanununun əsl qurbanları  Güney Azərbaycanda azyaşlı qızlar olmuşdurlar.

     Bildiyimiz kimi İranda büdcənin bölünməsində Güney Azərbaycan ayrı - seçkiliyə məruz qalmışdı və son illərdə yoxsulluq əsl səbəblərdən biri olmuşdur ki, burada mühacirətin şiddəti artmışdır. Elə yenə də yoxsulluq amili bais olmuşdu azyaşlı qızlar ana və atasın buraxıb qaçsınlar. Bu qızlar "qaçqın qızlar" adı ilə məşhurdular. Onlar evdən qaçandan sonra xiyabanlarda, küçə - bazarda avara olub, az yaşları olduğu üçün kafi həddə təcrübələri olmadığından yə narkotik mafiyasının tələsinə düşürlər. Bununla da narkotik maddələrin satılmasında onlardan sui - istifadə olunur. Ya da ki, insan alverçiləri tərəfindən  İranın içində və ya qonşu ölkələrdə əxlaqsızlığa sürüklənirlər. Çox təssüf yeri var ki, onlar polis tərəfindən tutulanda onlarla cinayətin qurbanı olan azyaşlı gənclər kimi rəfdar olunmayır. Qatı cinayətkar kimi şallaqlanır və çox yaşlı cinayətkarlarla bir yerdə həbs olunurlar. Çünki İranın cəza qanunlarının əsasında qadınlar 9 yaşından məsuliyyət daşıyırlar. Nəhayət, həbsdən qurtarandan sonra,  heç bir dövlət orqanı bunlara sahib çıxmayır və onların normal yaşayışına şərait yaratmayır. Azyaşlı gənc qızların o biri  tərəfdən gəliri və evi olmadığı üçün  yenə də küçə və bazarda  olmaq onların aqibıtini gözləyir. Bu zaman əgər onların zahirləri xoş olsa, təklif olunur ki, siqə, yəni müvəqqəti nigahla  başların dolandırsınlar.  Bəziləri məcbur olub və uzun zaman müvəqqəti nigahlarla məişətlərini təmin edirlər. Başqa sözlə, bu azyaşlı gənc qızlar  çox yaşlı kişilərin şəhvət obyekti olurlar.

 Müvəqqəti nigahlar uzun zamanda cinsi və psixoloji xəstəliklərə  səbəb olur. Çünki tez - tez kişiləri dəyişmə  cinsi xəstəlik təhlükəsin artırır və rabitənin müvəqqəti olması və bu münasibətlərin  tez - tez təkrarı qadında bir sağlam və uzun rabitəyə ümidi öldürüb psixoloji xəstəliyə səbəb olur.  

    "Şəhrzad news" Xəbər Agentliyinin verdiyi məlumata görə İranın Təhsil Nazirliyində çalışan vəzifəli dövlət məmurunun verdiyi məlumata görə  Zəncanda evdən qaçan qızların 64 % - ni orta  məktəblərin qız şagirdləri təşkil edir. Qeyd edim ki, xəbərin qaynağını bu linkdən oxuya bilərsiniz http://www.irwomen.com/news.php?id=3051

  Bizim nağıl və dastanlarda  Koroğlu Nigarı ilə, Qaçaq Nəbi Həcəri ilə xatırlanır. Azərbaycanın mübarizə tarixində qadınlar  kişilərlə çiyin - çiyinə doyüşüb və azadlıq uğrunda öz qanlarından, canlarından keçiblər. Azərbaycan  mübarizə tarixində Zeynəb Paşa və Telli Zəri kimi qadınların yaşadığı zamanda  və hətta bu gün milli  mücadiləmizdə ilham qaynağı olmuşdular. Əgər bu gün Abbas Lisanilər, Saleh kamranilər, Oxtay Babailər tutulur, işgəncə altinda səsləri boğulur, onların həyat yoldaşları Ruqiyyə Lisanilər, Mina Kamranilər, Nəsrin Rəzəvilər kimi qəhrəman qadınlar meydana çıxıb tikilən dodaqların sözçüsü olurlar. Baxmayaraq ki, dəfələrlə hədələnirlər, hətta Nəsrin Rəzəvi kimi ettelaatın məmurları tərəfindən oğurlanıb həbsə və işgəncəyə məruz qalırlar, amma inamlarına görə yollarını davam etdirirlər. Elə keçmişdə də qadınların milli mübarizəmizdə bu cür əhəmiyyətli iştirakı səbəb olub ki, Milli Hökumətimizin bir illik dövründə səs haqqına sahib olub  və onların insani və mədəni haqlarına əlaqədar  Güney Azərbaycanın Milli Məclisində çoxlu layihələr qanun kimi təsdiqlənmişdi. Ən maraqlısı budur ki,  hər dəfə bu cür layihələr qanun kimi təsdiqlənəndə millət vəkilləri çəpik çalıb sevindiklərindən ağlamışlar. Çox təssüf ki, bu sevincin ömrü uzun olmamışdı. Bir ildən sonra Milli Hökumətimiz fars millətinin hərbi təcavüzünün nəticəsində məhv olmuşdu. Yenə də işğalçı qüvvələrin hakimiyyəti altında qadınların qara günü  yenidən başlanmışdı. Üstə qeyd etdiyimiz kimi bir ölkədə qadınların dururmun dərk etmək üçün ilk növbədə o ölkənin qanunlarına müraciət etməyimiz lazımdır. Mən də elə bu məntiqlə  Azərbaycan qadınlarının durumun  fars hakimiyyətində nişan vermək üçün İranın qanunlarından bir neçə misal çəkmək fikrim var. Beləki, İranın mədəni qanununun 1043 və 1044 - cü maddələrinin əsasında qadın hansı yaşda olmağından asılı olmayaraq,  ilk nigah üçün atasından və ya ata babasından  yazılı formada icazə alınmalıdır.  Amma kişilər 15 yaşından etibarən nigaha girə bilərlər və bunun üçün heç kəsdən icazə almamalıdırlar və ya almaları vacib deyil.

 Mədəni qanunun 942 - ci maddəsinin əsasında kişilərin 4 qadınla daimi nigah və saysız əndazədə  qadınlarla siqə, yəni müvəqqəti nigah edə bilərlər. Yenə mədəni qanunun  1130 və 1133 - cü maddələri tələq verməkdə ( boşanarkən ) kişilərin əlin həddən artıq açıq qoyub.  Beləki kişi öz qadınına  tələq vrmək üçün məhkəməyə  qaneedci səbəb göstərməyi şərt deyil. Ancaq yetər ki, tələq vermək qəsdi vardır. Amma əgər qadın boşanmaq üçün məhkəməyə müraciət edə gərək ki, məhkəməyə sənəd və qaneedici səbəblər göstərsin.

    İslami cəza qanunun  220 - ci maddəsi hökm verir ki, əgər ata qızın və ya oğlun öldürə edamla cəzalana bilməz. Bu həmçinin ata babaya da aiddir. O da öz nəvələrindən hər hansı birini öldürmüş olsa, cinsindən asılı olmayaraq, edamla cəzalana bilməz. Ancaq ölənin qan bahasının yarısın verib azad ola bilərlər. Amma əgər bir ana oğlun və ya qızın, yaxud ana baba nəvələrindən hər hansı birini öldürmüş olsa, edamla cəzalandırılmalıdır. Qeyd edim ki, qan bahası müəyyən qədər puldur ki,  qətlə yetirilən kişi və ya qadın üçün təyin olunur. Əgər qatilin qohum - əqrəbəsi qətlə yetirilənin əqrəbəsinə qan bahasını ödəsə və ölənin yaxınlarını razı sala bilsə, qatili edam cəzasından xilas edirlər. Burada bunu xatırlamağı lazım bilirəm ki,  İranın cəza qanunlarının əsasında qadınların qan bahası kişinin qan bahasının yarısı qədər  təyin olunub.

İranın mədəni qanunlarının 907, 913, 942, 946 və 947 - ci maddələrinə görə  əgər bir kişi ölsə, onun sərvətinin yalnız səkkizdə bir hissəsi onun qadınına irs yetişir. Əlbəttə, bu maddəyə əsasən vəfat edən adamın həyat yoldaşına, yəni qanunu arvadına torpaq sahəsindən heç bir pay çatmayır. Burda onu da qeyd etmək lazımdır ki, bir kişinin bir neçə qadını varsa,  onların hamısına veriləcək pay yalnız ölənin sərvətinin  səkkizdə biri onlar arasında bölünür. Nəzərə alsaq ki, İran ailə - nigah qanununda bir kişi qanunu olaraq 4 arvad ala bilər.  İndi dörd arvad arasında bölünən payı özünüz təsəvvür edin. Üstə qeyd etdiyimiz kimi kişinin neçə arvadı olmasından asılı olmayaraq, qadına kişinin torpağından heç bir  irsi pay düşmür. Bu irs qanunu bu formada  xüsusən İranın kəndlərində  çox dəhşətli nəticələrlə özün göstərib. Çünki qadınlar kəndlərdə ərləri ilə əkinçilik işi ilə məşğul olublar və orada ev, əkin yerləri kişinin adına olur. Və çoxlu nümunələr vardır ki, misal çəkə bilərik. Misal üçün, bir qadın 30 - 40 il əri ilə bərabər əkin yerində işləyib  və onun abad olması, qiymətlənməsi üçün çox zəhmətə qatlaşıb.Amma əri öləndən sonra  bu geri qalmış qanunların  əsasında əkin yerindən heç bir irs ona çatmır və allahın insafına , ümidinə buraxılır. Burada qeyd etməyimiz vacibdir ki, qız uşağına  oğlan uşağının yarısıyca atasından ona irs çatır.

   Mən yuxarıda İranın cəza və mədəni qanunlarından ancaq bir neçə misal çəkdim. Amma qeyd edim ki,  adı gedən qanunun maddələrini insan haqları baxımından şərh etsək, böyük bir kitab yazmalı olarıq. Mən çalışdım uzunçuluğa yer verməyim və bu səbəbdən də məsələləri hədsız dərəcədə yığcam yazdım. Fikrimcə bu bir neçə misal qaneedici olar ki, bu günkü İranda  qanunun gözündə qadın kişinin yarısı və hətta bəzi vaxt yarısından da az qiyməti var. Elə İran kimi geri qalmış ölkələr səbəb oldu ki,   Qadınların   ilk Beynəlxalq Konfransı 1975 - ci ildə  Meksikada bərpa oluna və bu ildən etibarən ta 1985 - ci ilə kimi "Qadınların illəri " adlana .  Və nəhayət 1980 - ci ildə qadınlarla əlaqədar tamam ayrı - seçkiliyin ləğv olunmasının qətnaməsi  BMT- nin tərəfindən təsdiq olundu. Bu  çabalara baxmayaraq, Qaçqınlar Ali Komisiyasının  verdiyi raporta görə dünya qaçqınlarının 80 % - ni qadınlar və uşaqlar təşkil edirlər. Və bir ölkədə ki, ayrı - seçkilik və zorakılıq var, onun ilk qurbanları qadınlar və uşaqlardır. Elə bu səbəbə görə bu gün bizim milli mücadiləmizdə yükün ağır hissəsi qadınlarımızın çiyninə düşür.

    QADINLARIMIZA EŞQ OLSUN !

İranda edam olunmuş 16 yaşlı Atifə Sehalə

Saçı göründüyünə görə polis tərəfindən döyülən qadın

Türk öyrənci qız yazılı şüarla çıxış edir: "Qızıldan olsa da qəfəsim, Azadlığa var həvəsim!"

8 Mart Beynalxalq Qadın Günü münasibəti ilə Təbrizdə qadınların etiraz aksiyası

Milli Hökuməti müdafiə edən silahlı qadın və kişilər

Tehran, Azərbaycanlıların əmlakını müsadirə edir !

Yazar: araz danyeli @ Avqust 9, 2007 8:44
 Azərbaycan milli hərəkatının xaricdəki dəyərli fəallarından biri sayın Mir Musa bəy Haşımının Urmu şəhərindəki qiymətli evi Fars faşistləri tərəfindən müsadirə edildi . Urmudaki milli fəalların bu ev və hakimiyətin yapışdırdığı satış plakartından çəkdikləri şəkil göstərirki, Tehran rejiminin Azərbaycanlılara qarşı götərdiyi heç bir basqı və zarakılıq gözdən qaçmır. Eyni halda bu xəbəri yayan hərəkətçilərin başqa tovsiyələridə bundan ibarət olabilərki, -         Tehran rejimi elesinə özünü itiribki, nə etdiyini başa düşmür . Bu rejimin Azərbaycandakı amilləri etdiklərinin cavabını bir gün verməli olacaqlar.

 

-         Malları müsadirə olan və olmuş bütün Azərbaycanləların artıq beynalxalq məhkəmələrə müraciətinin zamani gəlmişdir. Bu bir tərəfdən haqlı davamıza yardımçı olar bir tərəfdəndə rejimin bu barədə el- qolunu bağlar.  

Neçə aydır bu evi satışa çıxarmış olsalarda qeyrətli millətimiz bu zalimanə ehkamla barışmır və onu almağa rəğbət göstərmir. Onu almağa gələn Türk olmuyanlar isə millətin basqısı ilə geri çəkilir. Buda göstərirki, millətimiz milli dəyərlərinə və milli mübarizlərinə yetərli qiyməti verir.

Yaşasın Azərbaycan Türk milləti  

 

Ana dilinin ehemiyyeti

Yazar: araz danyeli @ Avqust 8, 2007 15:36
Babek Azeri   Güney Azerbaycanlı Hukukçu
(Yaşadığı ülke: İsveç-Stckholm)

Her kese belli olan bir gerçeği hatırlatıp sonra asıl konuya keçmek istiyorum  Hepimizin bildiği gibi bir demokratik cemiyette muhalif mevki olabilir ve böyle bir durumda muhalif fikirlerin ortaya konması da  çok önemlidir.  Biz bir demokratik rabiteden konuşuyorsak ve bu demokratik rabiteni muhalefetsiz düşünemeyiz.    
Fikrimi daha geniş aydınlatmak için şu cümleleri hatırlatmak istiyorum... “İnsan kendi muhalefetinden öyrenir. “ İnsanların eğitimi, yaşayışı, hayat tecrübesi vs. biri-birinden farklıdır. Onun için de onlar arasındaki içtimai, siyasi,  bakışlar ve kültür meseleleri biri-birinden farklı olur. Bir demokratik rabitede bir mevzu müzakereye koyulur, çeşitli fikirler ortaya atılır ve neticede, mevzu ile alakalı bilgi üretilir yüksek fikirler bulunuyor. Bu çeşitli haberler içerisinde, sözsüz ki, kendi milli menfaatlerımıze uyğun olanını, milli değerlerimize zarar vermeyen fikirleri koruyup, saklamalıyız.

Babek Azeri   Güney Azerbaycanlı Hukukçu
(Yaşadığı ülke: İsveç-Stckholm)

Her kese belli olan bir gerçeği hatırlatıp sonra asıl konuya keçmek istiyorum  Hepimizin bildiği gibi bir demokratik cemiyette muhalif mevki olabilir ve böyle bir durumda muhalif fikirlerin ortaya konması da  çok önemlidir.  Biz bir demokratik rabiteden konuşuyorsak ve bu demokratik rabiteni muhalefetsiz düşünemeyiz.    
Fikrimi daha geniş aydınlatmak için şu cümleleri hatırlatmak istiyorum... “İnsan kendi muhalefetinden öyrenir. “ İnsanların eğitimi, yaşayışı, hayat tecrübesi vs. biri-birinden farklıdır. Onun için de onlar arasındaki içtimai, siyasi,  bakışlar ve kültür meseleleri biri-birinden farklı olur. Bir demokratik rabitede bir mevzu müzakereye koyulur, çeşitli fikirler ortaya atılır ve neticede, mevzu ile alakalı bilgi üretilir yüksek fikirler bulunuyor. Bu çeşitli haberler içerisinde, sözsüz ki, kendi milli menfaatlerımıze uyğun olanını, milli değerlerimize zarar vermeyen fikirleri koruyup, saklamalıyız.
Elbette, biz ilk sırada muhalefeti ziddiyetle ayırmalıyık. Yoksa, ziddiyet kendisi de bizi burulganında  sıkıp şaşırtabilir. Kaydetmek isterim ki, ziddiyet bir totalitar sistemin elametidir ve bu rabitede bir fikirle muhalif yok, belki o fikrin sahibini meydandan çıkarmaktır.
Bu son günler Borçalıda yaşayan Azerbaycan Türklerinin kendi ana dilinde eğitim alması ihtilaflı konu olarak kendini göstermişti. Ve bu konuyla ilgili bazi siyasi maraklar sebep olmuştur ki, muhalif mevki yok, belki ziddiyetli taraflardan konuya yaklaşınlar. Burada dilden bahsediliyor hem de nazara alsak ki, dille bağlı tartışma bir ilmi konunun mevzusudur. Siyasi marakları bu mevzuya katarsak mesele  mürekkebleşer ve özellikle rabitenin gayri demokratik olması esas verir ki, bir düzgün netice almak gayri mümkün olsun. Böyle bir tarzda bu yerde her şeyden önce dille bağlı bazı ümumi meseleleri sizlere açıklamak isterim.
Tarihte öyle olaylar oluyor ki, dünyanın tam değişmesine veya sonraki inkişafının istikametine başkalaşmasına sebep oluyor. Örnegin; insanın aya seferi ya da Amerika’nın  Hiroşimaya ve Nokasakiye  atom bombası atması, Alman Guttenbergin kitap çapı cihazını keşf etmesi veya insanın ilk defa ateşi bulması vs. Bu gibi misallerden fazla saymak olar ve gerçektir ki, bu hadiseler her birisi kendi yerinde dünyanın ciddi değişmesine sebep olup.  Ama şüphesiz bu hadiselerin hiç birini dilin yaranması ile mukayese etmek olmaz. Eğer insanın dili olmasaydı, insan bu günkü manada insan olmazdı. Yükseliş ve inkişaf prosesleri de baş vermezdi. O şeyi ki, biz tarih adlandırıyoruz o da hiç mevcut olamazdı. Sözsüz, ki dille mümkündü insan öz fikrini kura, onu ileri süre başkalarına çattira, ikili plan hayata geçire, kendinin ve başkalarının tecrübesini toplayıp yaysın.
Görüldüğü gibi insanlar çeşitli dillerde konuşuyor. Örnegin, Türk, İngiliz, Alman, Fransız vs.  Elbette ki, bu yazıyı yazmakta maksadım dünyada olan dillerin nasıl yaranmasından bahsetmek ve sizlerin de bildiği gerçegi bir daha tekrarlamak değil. Asıl anlatmak istediğim konu Türk dili ve bu gün onun etrafında yaranmış çeşitli münakaşalı fikirlerin ne kadar insanlığa hizmet etmesini anlatmaktır.
Umumiyetle dil iki şekilde mevcuttur Yazılı ve görsel. En eski yazılı dil tahminlere göre 6 bin yıl önce yaranıp.  Bu faktı tarihi belgeler de ıspat ediyor, belki de sonrakı araştırmalar bize dilin yaranması hakkında daha derin faktlar taktim etmekle insanları sevindirecek. Ama burada tarihe yüz tutmakla bir daha hatirlatmak istiyorum ki, elimizde olan en eski yazılı abideler biz Türklere aitti.  Ve bu yazılı taş hafızalar şimdiki Türklerin ulu ecdatları olan Sumerlerin yarattıkları edebiyattır. Görüldüğü gibi hemen abidelerde 60’dan fazla okunan sözl?rden bu gün Azerbaycan dilinin leksikonunda faal şekilde işlenir. Butün bunlar gösterir ki, Türk yazılı dilinin 6 min yil tarihi olsa da, ama onun şifahi dilinin daha eskilere dayandığını görebiliyoruz. Tarihi gerçekler de bunu gözteriyor ki, Türk dili en eski diller sırasındadır.
Almanların araştırmalarına göre her bir dil iki sebebe göre ehemiyetlidir. Özellikle de dünyanın en eski dillerinden biri olan, Türk dili uzun bir zaman formalaşma devri keçip. Ve bu dilde özellikle yazılı formada çok sayda ilmi, felsefi, edebi ve tıbbi bilgiler var. İlginçtir ki, dünyada en eski dillerden biri hesab olunan Türk dili gibi bir dilin mahv olması ve yahut onun zayıflaması sebep oluyor ki, bu dilde yazılan yukarıda gösterdiğimiz değerli bilgiler aradan kaldırılsın.
İki sebep dilin ve medeniyetin ilişkisinde esastır.  Dil sadece ünsiyet vasıtası değil, hem de bir medeniyetin köçürme vasıtasıdır.  Örnegin, bir yere ki. İngiliz dili hakim olur, o dil kendisi ile giyimini, musikisini, sanatını,  mutfak kültürünü... daha doğrusu medeniyetin bütün çeşitlerini ve bütün bunlarla beraber yeni düşünce tarzını da dille birge aşılıyor. Tecürbe bunu açıkça gösteriyor. İngiliz dilinin bir yerde yayılması Amerikanın MC ..nin hamburğer  yemekle, kot pantalon giymekle, rokinrol musikisini dinlemekle ve çeşitli siyasi düşünce tarzı ile neticelenir. Bu sebeble de bilim adamları diyorlar ki, “Bir dil ölüyorsa, bir milletin kültürü de ölüyor.” Fakat ben böyle düşünüyorum ki, bir dilin ölmesi yalnızca bir millete değil, bütün dünya medeniyetine facia getirir.  Çünkü bu günkü globallaşma dünyasında informasya teknolojisi sebep oluyor ki, çeşitli medeniyetler biri-birine tesir etmiş aynı zamanda tesir görürler.  
Nihayet milli mahalli normların kenarında global normlar yaranmaktadır. Bu vesileyle Türk medeniyetinin mahv olması veya zayıflaması ancak Türk medeniyetine değil, gerçekten de dünya medeniyetine ciddi bir darbedir.  
Bütünüyle tecrübeler gösteriyor ki, bir ülkede yaşayan etnik gruplar yaşıyorsa onlarla ilgili aparılan siyaset o ülkenin siyasi sisteminin mahiyetinden asılıdır. Bir ülkede ki siyasi sistemin demokratik mahiyeti var, orada tabii ki, integrasiya siyaseti aparılır. Yani her kes kendi milli kimliyinin, o cümleden ana dilinde eğitim hakkını saklamakla bu imkan var ki, kendi yaşadığı ülkede kendi kanuni hukuklarınıdan yararlanıp sosyal- siyasi ve kültürel alanlarda kendini tastikle bilir.
Dolayısıyla söylemek istediğim kendi ana dilinde ve yaşadığı ülkede konuşulan dilde yani her iki dilde eğitim alması vaciptir.  Burada insan psikolojisini öğrenen bilim adamlarının psikolokların fikirlerine dikkati yöneltmek istiyorum. Bilim adamları böyle bir iddia ediyorlar ki, insan beyninin çok mürekkepb mekanizması var ve insan 70-80 yil yaşadığı sürece beynin ancak %2-3 imkanlarından istifade ediyor. Bu gün bilim adamları çalışıyorlar ki, yeni metotlarla imkan yaratalar insanlar bundan sonra daha fazla beyinlerinin kabiliyetinden istifade edeler.
Bay Nazim İbrahimov  Azerbaycan’ın eski yerleşim yeri olan ve sonradan Gürcülere bağışlanmış olan Borçalının Türk toprakları olduğunu acaba biliyor mu?  Borçalı’da ana dilinde okulların kapatılmasını tavsiye ederken Türkleri iki yol ayrıcında koyuyor- ya ana dilini seçmek yada Gürcü dilini... Meseleye bu tür bakış yalnızca anti milli yok, hem de ilme ve bilgiye zıttır. Çünkü bilim adamlarının araştırmaları imkan verir ki, yukarıda söylediğimiz gibi beynin kabiliyeti haddinden fazladır ve hem de her bir insanın on dil öyrenmek imkanı var.
Bu gün Avrupa’nın zengin ülkelerinde mühacirlerin dört dilde konuşması adi bir hal almıştır. Burada kaydetmeliyim ki, integrasiyanın karşısında assimilasiyadan konuşmak olar. Bir ülkedeki, siyasi sistemin totalitar mahiyeti var orada muhtelif milletlere ve etnik gruplara karşı integrasiya siyasetinin yerine assimilasiya siyaseti gedir. Assimilasiya siyaseti, yani her hangi bir milleti içinde eritip mahv etmedi ve bunun en bariz numunesini de İran’da görüyoruz.  İran’da tahminen 61 yil bundan önce Milli hükümetimiz devrildikten sonra 50 bin soydaşımızı katlettiler. Tebriz’in merkezinde Türk dilinde kitaplar ateşe verildi, Türk dilinde eğitim veren bayan öğretmenlere tecavüz olundu. Bütün bunlar gösterir ki, 61 yıl süresince İran Fars rejimi tarafından Güney Azerbaycan’ın tarihi düşünülmüş şekilde sahtalaştırılarak, ana dili yasak edilmiştir. Hatta onu Türk irkı yerine kondarma ari ırkı adlandırmaya çalışmışlardı.
Bütün bunlar 40 milyonluk Azerbaycan Türkünü  kendi içinde eritip mahv etmeye hizmet ediyor. Elbette, İran’ın Fars rejiminin assimilasiya siyasetinden konuşmak insanı şaşırtmıyor. Bu rejimin yani Fars rejiminin açıkça düşman olduğunu biliyoruz. Ama bay Nazim İbrahimov’un Azerbaycan Devlet Komitesinin başkanı olduğu ve yurt dışında yaşayan Azerbaycanlıların tessübünü çekmek gibi mukaddes bir işi üzerine almış bir şahsın kalkıp da kendi öz milletinin Borçalı’da assimilasya olunmasını istemesi ve onların Gürcülerin içinde eriyip itmesine hizmet etmesi insanı şaşırtıyor doğrusu. İlk başta böyle bir fikirle ortaya atılmasına inanmasam da, ama onun adından kimsenin de böyle bir söz söylemesine inanmıyoruz.
Yene de tecrübeler gösterir ki, bir ülkenin vatandaşları başka ülkenin sosyal siyasi ve kültürel faaliyetlere de muvaffak oluyorlar ki, onların kendi yurdlarında demokratik siyasi sistem hakimdir ve onlar bu ruhda terbiye olunmuşlar. Ona göre bu gün bir İngiliz vatandaşının İsveç’de veya İsveç vatandaşının Almanya’da integrasiyası çok rahattır.  Ama bir İran vatandaşının demokratik, azad  ülkede integrasiyası çok zordur.  Çünkü demokratik ülkelerde İran ve bu gibi ülkelere cemiyetin içinde menfi reaksiya var ve oranın da vatandaşı olmak ister-istemez integrasiya prosesini zorlaştırıyor. Şimdiki  Azerbaycan iktidarı da içeride o siyasi strukturu demokratikleştirmekle ve dünya kamuoyunda siyasi abır ve hissiyat kazanmakla biz yut dışında yaşayan Azerbaycanlılara yardım edecek, biz integrasiya prosesinde zorluklarla karşılaşmayacağız.
Nazim İbrahimov’a ve bütün bay nazimlere bir tavsiyem vardır. Bir basın ve yayın organlarında açıklama yapmadan önce çalışsınlar ki, bu tür ciddi konuları konuşurken tekbaşına değil bir bilim adamlaruyla da müzakere etsinler... Hem de açıklama yapmadan önce integrasiya ve assimilasiyanın farkini hiç olmazsa kendileri için araştırsınlar. Aslında burada söylemek istediğim Nazim İbrahimovu cahil olarak görmek değil en azından her hangi bir meseleyle ilgili bilgisi yoksa bu da ayıp sayılmaz. Ayıp olan odur ki, bilmediğini öğrenmek için çaba göstermiyorsun. Bu artık milletin yükünü omuzlamış bir devlet memuru için facadı rezillikti.  Son olarak söylemek istediğim nokta şudur, şimdiki Avrupa’nın gelişmiş ülkelerinde ilim ve bilgi haddinden ziyade önemlidir. Ona göre de bu ülkelerde parlamentle paralel muhtelif  ilmi komiteler yaratılır. Örnegin; teknoloji komisyonu, çevre muhafıza komisyonu, eğitim ve talim komisyonları vs. faaliyet gösteriyor. Bu komisyonlarda faaliyet gösteren bilim adamları aydınlar, ziyalılar millet vekillerine, siyasetçilere tavsiyeler veriyor ve yol gösteriyorlar.
Nihayet  yüzümü yene ADK başkanı bay Nazim İbrahimov’a tutarak şunları kaydetmek istiyorum. Azrbaycan Türk milletinin tarihi ve talihiyle ilgili meseleleri her hangi bir karar veya açıklama yapmadan önce milletin bilim adamları ve aydınlarından tavsiyeler almayı unutmasın.

Azərbaycanda jurnalistlər nə üçün tutulur ?

Yazar: araz danyeli @ Avqust 8, 2007 8:28

"Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakit 2006-cı ilin iyununda narkotik maddənin qeyri-qanuni saxlanması ittihamı ilə həbs olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il azadlıqdan məhrum edilib. Onun da yazdığı bəzi serləri oxuculara təqdim etirik.

Dur mənimlə yanaşı
Qarın otaranlara


Fikirləşib boş başını az qaşı,
Kişisənsə, dur mənimlə yanaşı.


2. Mirzə Sakit


“Dərslərindən” beş almısan, beş üstə,
Nə deyiblər söyləmisən baş üstə,
Şivən salıb ağlamısan leş üstə.
Lap tutalım, sən “ustadsan”- mən naşı
Kişisənsə, dur mənimlə yanaşı.

Yazdıqların məddahnamə, bic əsər.
Əsərində baş qəhrəman gicbəsər.
Tulladılar qənşərinə - müxtəsər,
Axşam-sabah kabab, plov, bozbaşı
Kişisənsə, dur mənimlə yanaşı.

Xəlvət yerdə nə var hədyan deməyə,
Onun-bunun hesabına yeməyə.
Qorxanları çağırmaram köməyə
Oğul istər təkcə qursun savaşı-
Kişisənsə, dur mənimlə yanaşı.

Sabunlanıb vəzifəyə “ilişdin”,
Nazirlərlə əl tutanda irişdin.
Yavaş-yavaş ticarətə girişdin
Bəyənmirsən “Mersedes”i, “tofaş”ı
Kişisənsə, dur mənimlə yanaşı.

Heydərizm xalqı salıb dərəyə
Baş aldadan dürmək verib hərəyə
Ümüd qalıb bir qarınlıq çörəyə
Arzumanın nə əti var, nə aşı-
Kişisənsə, dur mənimlə yanaşı.

Naxçıvanda Vasif Xandan nə xəbər?
Öyrənibmi heç olmasa “ə zəbər”.
Yaman şişib bu “savadlı” bəxtəvər
Medal verib, öndərləşən qaqaşı
Kişisənsə, dur mənimlə yanaşı.

Zənginləşdi... Baş əyənlər şeytana
Əyməyənlər yuvarlandı zindana
Qan tökülür kim tərəfdən meydana?
Görmürsənmi Ramil kimi fərraşı
Kişisənsə, dur mənimlə yanaşı.

Türmədəyəm, meylin çəksə gəl qonaq,
El dərdinə bircə günlük bir yanaq.
Mən yediyim duzsuz, yağsız qayğanaq.
Nə olsun ki, sən tıxırsan qulyaşı
Kişisənsə, dur mənimlə yanaşı.

“Parlamentdəki deputatlar xalq tərəfindən seçilsəydi, daha bura Azərbaycan olmazdı ki...”(Spikerin Vitsini)

Qiyamət düşəcək
Özü də mütləq...


Nə yığırsızsa yığın, sonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.

Tuşlayıb azərilər göstərəcəklər qapını.
Nə qədər gec ki deyil, qamçıla, tez sür yapını.
Yoxsa Aydınla Mübariz süzərək “Innabını”,
Ya klarnetdə ya qarmonda qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.

Sevinib cümlə-polislər də düşüblər həvəsə
Üstəlik, guya “Qorotdel”də deyib - Birnəfəsə.
Işdi, bağlansa əgər Ramili-Fərraş qəfəsə,
Basabasdan mən ölüm, zonda qiyamət düşəcək -
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.

Dedilər “seçki Məzahir” təpilib boş yeşiyə
Doldurub bülletenin Emsekada hər deşiyə
Qapısın cəftələyib, ölsə də çıxmaz eşiyə.
Tapılar yol ora - Balkonda qiyamət düşəcək,
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.

YAParat rəhbəri zülmətdə yatan boz yarasa
- Açılar sirri Yapın - Bircə qırıq qurdalasa
Çıxacaq qos-qoca Murtuz hötə-hötnən trasa,
Aradan çıxmağa “abqon”da qiyamət düşəcək-
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.

Lənət olsun bu haramzadələrin hər kəsinə!
Daraşıb bir sürü zat, azərilər ölkəsinə
Sığınıblar hələlik, boş qazalağ kölgəsinə
O da tərpəndisə - Faytonda qiyamət düşəcək.
Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək.

“Xocalılar evsiz-eşiksiz qaldıqca,Elman Məmmədovun...
Evləri vaar, ay aman, xana-xana...".(Tatyana Çaladze)



QARA DƏFTƏR

Seçki gəlir - Il qara dəftərdədi
Mən ki dedim, bil, qara dəftərdədi

Gülbalanın iştahı bərk qalxacaq,
Əlibabanın heykəli lap artacaq,
Əyri deyən “düz” yeriyir cağbacağ,
Düz danışan dil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.

Baş polisin gözləri şişman tuluğ,
Işləri getmir deyəsən, çox şuluğ.
Zonda gəlib istədilər muştuluğ-
Sən demə, Ramil qara dəftərdədi
Mən ki dedim, bil, qara dəftərdədi

Vergi yığan gündə kəsir qapımızı,
Şahmar ilandırsa, verin yarpızı.
Boynu çuğundur kimi qıp-qırmızı,
Pıs-pısa Fazil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.

Göz dikilib bambılının taxtına,
Püşk atılıb düşsə kimin baxtına,
Azca qalıb BakSovetin vaxtına,
Orda biri zil qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.

Həblə mənim söylədiyim zordumu?
Gəl ora bax, yoxsa gözün kordumu?
Çox uzanıb Kardinalın xortumu-
Xalq da bilir, “fil” qara dəftərdədi.
Mən ki dedim, bil, qara dəftərdədi.

Bircə kərəm dur, kömək ol, Ya Əli!
Təbliğatın silkələsin tənbəli.
Falçı deyib - Donqaburun şəppəli,
Ey dili-qafil, qara dəftərdədi -
Mən ki dedim, bil, qara dəftərdədi.

“Müxalifətin qara dəftərində Aydın Mirzəzadənin adı 666-cı yerdədir”(Əli Əhmədov (ƏƏ), Sovikape katibi)

Bu millət
Qiyamətə gəlib çatdı bu millət
Aman Allah, yaman yatdı bu millət!

Düşərli olmadı YAP-ın ayağı
“Öndər” düzəltdilər daşdan...bayağı
Zalım qabağında əsgər sayağı,
Dik dayanıb farağatdı bu millət,
Aman Allah, yaman yatdı bu millət!

Iqtidarda harın xanlar, bəxt abad
Xalqa zəhər, düşmənlərə qənd-nabat
Şir tülküyə verməlidi hesabat
Soy kökünü hara atdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!

Neçə nazir ermənidən yar aldı
Sevişdikcə torpağımız daraldı
Yavaş-yavaş ağ günümüz qaraldı
Ağ gününü nöş qaraltdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!

Məzən olsun, - Koroğlu da yalanmış
Dınqıl sazım dınqıl - deyib, çalanmış
Gedib gördük Çənlibel də talanmış.
Igidliyin kimə satdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!

Odun kimi doldurdular maşına
Od vurdular qurusuna, yaşına.
Utanmadan bir-birinin başına,
Torba tikib vızıldatdı bu millət.
Aman Allah, yaman yatdı bu millət.

Iblis gəldi kəsdirildi dal, qabaq
Ismət getdi nə şal qaldı, nə papaq.
Hanı Şuşa, hanı Laçın, Qarabağ,
Deyən yoxdu harda batdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!

Parlamanda Murtuz on il... göz vurub.
Fikir verin sağ-solunda kim durub?
Seçki vaxtı boş tuluğun doldurub,
Bir bozbaşa səsin satdı bu millət.
Aman Allah, yaman yatdı bu millət.

“Başbilənlər” satıldılar paraya,
Yarışmaqçün məddah girdi araya,
Iti-qurdu doldurdular saraya,
Sümüyünə nəyi qatdı bu millət?
Aman Allah, yaman yatdı bu millət!

Söz deməyə biri çıxmaz yüzündən
Baş açmadıq əyrisindən, düzündən.
Oğul-uşaq saxlamağı üzündən
Öz-özünü axtalatdı bu millət.
Aman Allah, yaman yatdı bu millət!

“Başbilənlərin vicdanı olsa, Novruz bayramında Şıxəli Qurbanovun adı televiziya ekranlarından düşməz”.
(Nuşirəvan Məhərrəmli)


80 faizlik işğal
Can veririk, canda da işğalçılıq
Ölkədə hər yanda da işğalçılıq

Kim nə, deyib yaxşı deyildirsə bəs,
Yaxşı deyib, amma eyibdirsə kəs!
Burdakı zon Əl-Qüreyibdirsə, nəs
Çöllü-biyabanda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.

Indi muğamatda da varmış qrip-
Yekdi populyarlığa “öndərklip”.
Barmağı Avtandilə kim əsdirib
Şirmayı qarmonda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.

Nuşirəvan A-en-esi bərk “yoxladı”-
Guya amerkanlı gəlib saxladı.
“Zorxana”nın “Qulp”u yaman laxladı-
Qət-təzə Orxanda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.

Sülh yolu gündən-günə cəncəlləşir
Bəxtəvər ATƏT də yaman “əlləşir”.
Məmləkətin hər yeri heykəlləşir
Fəxri xiyabanda da işğalçılıq.
Ölkədə hər yanda da işğalçılıq.

YAP Sovetin bir zədəsindən qalıb
Hansısa gic rus gədəsindən qalıb.
Durba kimin şah dədəsindən qalıb?
Ax, Bakı-Ceyhanda da işğalçılıq,
Ölkədə hər yanda da işğalçılıq.

Zərrə qədər Parlamana yol güman,
Çünki sədarətdə şişib ağtuman.
Neyləyəcək indi yazıq Arzuman?
Evdəki yorğanda da işğalçılıq,
Ölkədə hər yanda da işğalçılıq.

Azərbaycan torpağı neçə faiz işğal olunubsa, Fəxri Xiyabanın da o qədər faizi işğaldadır.
(Qərib Məmmədov - TK)



Istəmirəm belə öndəri!
Yollar “yaraşığı”, dillər “əzbəri”-
Qardaş, istəmirəm belə öndəri.

Müftəxor ortada, millət qıraqda
Müstəqillik sözü qalıb varaqda.
Erməni urusnan kefdə, damaqda
Hərdən güllələyir Tovuz, Tərtəri-
Qardaş, istəmirəm belə öndəri.

Kimin ki, əlində vardır ixtiyar
“Bolluqdan” danışsın, qoy, xiyar-xiyar
- Bakı gözəl şəhər, mehriban diyar-
sən canın, yavaşca fırlan, gəl bəri-
Qardaş, istəmirəm belə öndəri.

Yazmışam, yazıram, yazacam müdam
Cəlladın üstünə gedən cəlladam.
Nə türmə, nə qəbir, eşit, ay adam!
Qalsam da bir sümük, bir də gön, dəri-
Qardaş, istəmirəm belə öndəri.

Sən Allah qulaq as, bircə anlığa
Barmeki saldılar zil qaranlığa.
Özlərin qoyublar Öcalanlığa.
Türkün şirkətinə kürdlər müştəri-
Qardaş, istəmirəm belə öndəri.

Doğsan üçdən bəri millətə ası
Hər kənddə, obada atəşkəs yası.
Ayaqdan Hacının muzdlu bandası
Başdan Kardinalın sarsaq kəmtəri-
Qardaş, istəmirəm belə öndəri.

Cəbrayıl, Fizuli, Ağdam, Qubadlı,
Zəngilan da uçdu - quş tək qanadlı.
Nazirə kef verdi Haykanuş adlı...
Xeybərin böyründə öldü Gülpəri
Qardaş, istəmirəm belə öndəri.

“Dəlilər” hay vurub seçdilər YAP-ı,
Nigarçün Dubaya açıldı qapı.
Çənlibel restoran, Qırat kor yabı
Koroğlu Həmzənin oldu mehtəri-
Qardaş, istəmirəm belə öndəri.

Bir dəfə demişəm bir deyim daha:
Polis narkobaron, nazir əjdaha.
Heroin verirlər xalqçün iştaha
Deyirlər tapşırıb ölkə rəhbəri-
Qardaş, istəmirim belə öndəri.

Sellədiz şırhaşır Bakı-Ceyhanı
Bir deyən yoxdu ki, bəs pullar hanı?
Görəndə ölürəm, lap Murtuz canı
Axdıqca neftçinin müftə qan-təri
Qardaş, istəmirəm belə öndəri

Orduda əsgərin ələngəsindən
Donqarın növü çox - yox beləsindən,
General zorbadır dağ kələsindən
Bordanır getdikcə şişman peysəri-
Qardaş, istəmirəm belə öndəri.

Prokuror imansız, məhkəmə dinsiz
Mini kəbinlidir, biri kəbinsiz.
Elə toy tuturlar bəysiz, gəlinsiz
Meşdibad əlacsız alır Sərvəri
Qardaş, istəmirəm belə öndəri.
***
Qaçqınlara öndərtalan,
Rusyatdakılara göndərtalan,
Avropadakı azərilərə isə intertalan veriləcək

- Əli Həsənov (Qaçkom) və Nazim Ibrahimov (Tutkom)

+

MÜRACİƏT: ÖZ XOŞUNA MÜHAKİMƏYƏ VƏ TUTUQLAMAĞA MƏRUZ QALAN BEŞ GÜNEY AZƏRBAYCANLI HAQQINDA İLƏTİŞMƏ

Yazar: araz danyeli @ Avqust 7, 2007 9:38
Beş nəfər Güney Azərbaycanlının insan haqlarını qorumaq üçün beş dənə ayrıca İlətişmə hüzurlarınıza sunuruq ki, İran yetgililəri onların üzərinə öz-xoşuna hökm kəsməkdədir. Təqdim olunan bəlgələr bunlardan ibarətdir:

 

Cədvəl 1:        Bu təqiblərə məruz qalanların uğrunda kampaniya məktublarımızın kötükləri

Cədvəl 2:        Onların tutuqlanandan bəri başlarına gələn öz-xoşuna olayların geri-yönlü çağınsırası (xronoloji) Cədvəl 3:        Onların Şərqi Azərbaycan Ədliyyə başqanına yazdıqları məktubun tərcüməsi ki, bu məktub sancaqlanacaq beş İlətişmələrə yetgili qaynaq hesab olunur Cədvəl 4:        İlətişmə 1 – Hamid Yeganəpur bəyin insan haqlarının qorumaq üçün hazırlanmış Cədvəl 5:        İlətişmə 2 – Yaşar Həkkakpur bəyin insan haqlarının qorumaq üçün hazırlanmış Cədvəl 6:        İlətişmə 1 –Davud Əzimzadə bəyin insan haqlarının qorumaq üçün hazırlanmış Cədvəl 7:        İlətişmə 1 – Məcid Pəjuhfam bəyin insan haqlarının qorumaq üçün hazırlanmış Cədvəl 8:        İlətişmə 1 – Əlirza Həqqi bəyin insan haqlarının qorumaq üçün hazırlanmış  

Bir daha vurğulayırıq ki, bu İlətişmələrin hazırlanması bizim təşəbbüsümüzdür və biz bu haqsızlıqlara məruz qalan fərdlər, ailələri yaxud onların vəkilləri ilə heç cür əlaqəyə girməmişik. İran yetgililəri tərəfindən daha cəsarət etmək riskinə qarşı bu ifadəni qeyd etmək zorundayıq.

  Sunulacaq İlətişmələr bir daha neçə söz-qonularını diqqət mərkəzində tuşlayır ki, İran yetgili nazirlikləri və təhlükəsizlik məmurları aralarında iftizah surətdə gizli sözləşmə (düzəlişmə = collusion) gedir; İran yetgililəri irqçi siyasət yürüdür; İran yetgililəri öz-xoşuna qəddarlıq etməkdə yeni mexanizmlər quraşdırmaqda; Güney Azərbaycan milli hərəkətinin fəallarını uzun-sürən məhkəmələrdə süründürməklə onları qadaqda saxlayır. Bu arxa-plan üzrə savunduğumuz fərdlər öz insan haqlarını qorumaq üçün hər bir təşəbbüsə can atmışlar lakin hələ də bir olumlu nəticəyə uğramamışlar.   Bu fərdlərin insan haqlarını qorumaq indi sizin qarşınızdadır. Qayğınız üçün qabaqcadan təşəkkür edirik.   Hörmətlə   Böyük Rəsuloğlu    

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri

 

Güney Azərbaycanı əsarətdən qurtarmaqla, analarımızın oğul dağına intizarına son qoyaq!

Yazar: araz danyeli @ Avqust 5, 2007 9:02
 Babək Azəri   hüquqşünas

  Elə xəbərlər var ki, onları oxuyub və çox rahat da unuduruq. Amma bəzən elə xəbərlər olur ki,

oxuyandan sonra o bizimlə yaşayır və bizim zehnimizdə müxtəlif  suallara səbəb olur. Elə bu növ xəbərlərdən biri də  bu yaxınlarda Güney Azərbaycanda baş vermiş hadisə ilə bağlı eşitdiyimizdir. Belə ki, xəbər ondan ibarətdir ki, milli hərəkatın öyrənci fəallarından olan Hüseyn Yusifi bu il may ayında Güney Azərbaycanda baş verən milli qiyamın il dönümü münasibəti ilə etiraz aksiyasında iştirak etmişdir.


Elə buna görə də ettellat məmurları onu küçədən oğurlayıb naməlum yerə aparmışdırlar. Onun ata - anası çalışmışdı ki, oğlunun diri və ya ölü olduğunu, həm də harda saxlandığını bilsinlər, amma təssüf ki, bu çalışmalar bir nəticə verməmişdi. Onu da qeyd edək ki, rejimin məmurları onlarla siçan - pişik oyunu oynamış, düz məlumat verməmişdirlər.  Oğlundan heç bir xəbər tuta bilməyən Hüseyn Yusifinin anası ciddi ruh düşkünlüyünə tutulmuş və gecələr "Bala, vay!" -- deyə - deyə küçəyə çıxıb balasını axtarırmış.     Məlumat üçün qeyd edək ki, tutulan milli aktiv Hüseyn Yusifi valideynləri iə birgə yaşayırmış.  Elə ona görə də ettellatın müsəlləh qüvvələri  onların evlərinə hücm etmiş,  evi alt - üst edərək bütün səliqə -səhmanını pozmuş, öyrəncinin bilgisayarını, CD, yaddaş kitabçalarını müsadirə etmişdirlər. Ahu - zar edən və balasından bir  soraq, nişan istəyən  anaya qeyzlə və özlərinə məxsus  tərzdə "onu bir daha diri görməyəcəksən!" - demişdirlər.   Oğlunun dərdindən xəstə düşmüş ana, bu sözün ağırlığına dözməyib psixoloji sasıntı  keçirmiş və bəxti yatmış qadın beyin infarktına düçar olmuşdu. Bir neçə gün Təbrizin xəstəxanasında yatandan sonra, koma vəziyyətindən ayılmamış və bu ilin iyulun 6 - da faciəli şəkildə dünyasını dəyişmişdi.    O ananın nisgilli hekayəti Təbrizdə dildən - dilə gəzib və millət içində İranın fars rejiminə qarşı nifrətə səbəb olmuşdu. Bu da öz yerində partlayışa hazır olan Təbrizdə yeni etiraz aksiyası ilə nəticə verə bilər. Elə bu səbəbə görə də ettellat məmurları  məzlun ananın dəfn və yas törənin göz altına alıb, xeyli nümayəndə burada iştirak edərək, bura yığılanları, başsağlığına gəlib - gedənləri  qorxutmaq üçün film çəkmişdirlər. Biz adətən güneylə bağlı siyasi məsələlərdən danışanda, yazanda və s. çox vaxt siyasi məhbusların, bədən xəsarəti almış və ya şəhid olmuş milli mücadilədə öz payını vermiş şəxslərin adını çəkirik. Bir sözlə, yalnız onları diqqət mərkəzində qoyuruq. Amma bunu unutmayaq ki, İran adlanan məkanda  Azərbaycanı sevmə  İranın fars rejiminin gözündə bir bağışlanmaz günahdı ki,  əgər insan bu günahla ittihamlana , ancaq özü yox, bəlkə əqrəbəsin, hətta öz ətrafındakı  tanışın da  rejimin qəzəbinə düçar edəcək. Sözsüz ki, burda birinci qurban analarımız olur!     Hüquq elmində və indiki mədəni ictimaiyyətin cəza sistemində bir tanınmış prinsip var ki, məsuliyyət şəxsidir. Əgər mən qanunu pozmuşamsa, mən  ittiham olunuram, ancaq və ancaq  məsuliyyət mənim boynumadır. Bir şəxsin etdiyi günaha, xətərə görə onun oğlunun, qızının və ya əqrəbəsinin cəza çəkməsi gülünc bir işdir və tamam qeyri -  insani haldı. Çox təssüf ki, İran adlı məmləkətdə bu hal adidi və hər addımbaşı buna rast gəlmək olur. Götürək elə tanınmış jurnalist İnsafəli Hidayətin Azərbaycansevər duyğusuna görə onun yaxınlarının çəkdiyi cəzanı. Belə ki, adı gedən jurnalistə görə onun qızını universitete qəbul etməmişdirlər. Burdan görürük ki, atanın gördüyü işə görə övlad cəza çəkir.  Bu günkü dünyada bu cür işlər ən pis vəhşilik hesab olunur və onun bariz nümunələri indiki İrandan sonra,  tarixə nəzər salsaq XV əsrdə bəzi ölkələrdə icra olunduğunu görərik. Burda əsl mətləb üstünə, yəni söhbət açdığımız mövzuya qayıtsaq, görərik ki, günahsız yerə feodalizm qanunları ilə idarə olunan cəmiyyətdə faciəli şəkildə ölən ananın heç bir günahi yoxdur. Əgər Hüseyn Yusifi bir günahla ittiham olunursa, ettellat məmurları sadistcəsinə və psixoloji işgəncə ilə onun anasının qətlinə səbəb olurlar.  Yeri gəlmişkən bir başqa misal da Abbas Lisani ilə bağlı çəkmək istərdim. Lisani bəy tutulan zaman onun mağazası da bağlanmışdır. Təkcə bu yox,  hətta bəzi aktivlərin malların müsadirə edirlər. Bir mağazanın bağlanması və ya bir fərdin malının müsadirəsi onun ailəsinin də dözülməz məhrumiyyətlərə düçar olması, maddi xəsarət görməsi deməkdir. Abbas Lisaninin mağazasının bağlanması ilə bağlı bu sualı verə bilərik : "Bəs onun qadını və iki balaca uşağının məişəti necə olacaq?"

  Yeri var burda sual oluna : "İranın fars rejimi bu işlərdən nə fayda götürür?"  Həqiqət budur ki, İranın fars rejimi  keçən il Güney Azərbaycanda baş verən milli qiyamın təkrarından çox qorxur və bu da sübut olunub ki, qorxunun çoxu paronoyd xəstəliyi kimi özünü göstərib  və ağıldan uzaq işlərə səbəb olar.

  İran fars rejiminin Güney Azərbaycanda adamları tutması, asması, kəsməsi, bir sözlə azğınlaşması sübut edir ki, bu onun qüdrətindən yox, qorxmasından əmələ gəlir.

  Bizim aldığımız məlumata görə İranın fars rejimi çalışır ki, nə yolla olur olsun, Güney Azərbaycada kütləvi aksiylrın qabağın alsın. Bu gün biz şahidik ki, Güney Azəraycanın şəhərlərində

 İranın fars rejimi çeşidli vəhşiliklər törədir, çox hərbi manevrlərə əl atır və bununla da millətin qabağında güc göstərib hədə - qorxu gəlir. Tutulanlar naməlum yerə aparılır, onlarn ailəsinə düzgün məlumat verilmir. Tutulmuş yaxınını soruşan adamı qorxutaq üçün deyirlər : "Onun ölüsünü və ya dirisini get xəstəxanadan axtar". Yenə də biz şahidik ki, nə qədər insan dəlilsiz tutulub, vurulub təhqir olunub. Bəzən bizə xəbər verirlər ki, elə vaxtlar olur ki, ettellat məmurları ittiham olunan adamın evinə girib onun ailəsinin, balaca uşağının və ya qoca ata - anasının gözünün qabağında tapançanı onun beyninə dayayıb yerindəcə öldürməklə hədələyirlər. Tutulanların qadınlarına təklif edirlər ki, ərindən boşansın. Fars rejiminin məmurlarının psixoloji və sadist siçan - pişik oyununda bəziləri Hüseyn Yusifinin anası kimi dözə bilməyib həyatın qeyb edir.    Mən hər zaman Hüseyn Yusifinin anası kimi analara fikir edirəm və ya o gənc vətənsevər əsirin qoca anasını düşünürəm. O ananı ki, surəti heç zaman gözlərimin qarşısından çəkilmir. Oğlunun şəklini ürəyinin üstünə qoyub,  küçə - bazarda gəzib  balasından nişan axtarır, amma tapmır.     Üzümü Azərbaycanın qəhrəman millətinə tutub  deyirəm :  “ Gəlin, Güney Azərbaycanımızı əsirlikdən qurtarmaqla məzlum, günahsız analarımızın oğul dağına, intizarına son qoyaq!”

LingvoSoft Dictionary 2007 for windows Turkish/Azeri <-> English Dictionary

Yazar: araz danyeli @ İyul 29, 2007 9:45

download Turkish <-> English 2007 dictionary:

http://downloads.lingvosoft.com/products/download/eval/lingvosoft-dictionary-wind-engtur-nt.exe

crack turkish dictionary:

http://crackdb.org/LingvoSoft.Talking.Dictionary.2007.English.Turkish.v4.0.22/

get_103833_LingvoSoft.Talking.Dictionary.2007.English.Turkish.v4.0.22_crack.html

*********************************** 

download Turkish <-> Azeri 2006 dictionary:

http://www.ectaco.com/products/download/eval/lingvosoft-dictionary-wind-ENGAZE-NT.exe

crack azeri dictionary:

http://www.crackdb.org/

get_80867_Lingvosoft.Dictionary.2006.English.to.Azerbaijiani.v3.1.41_crack.html

 


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha